SON XƏBƏRLƏR

Putin və Makron Qarabağdan danışıblar

2021.12.21, 21:15
Putin və Makron Qarabağdan danışıblar

Gunaz.tv

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər regional məsələləri müzakirə ediblər.

Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

“Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət yetirilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”, - məlumatda bildirilir. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar