SON XƏBƏRLƏR

Vaşinqtondan PKK-ya ağır zərbə

2021.10.20, 07:36
Vaşinqtondan PKK-ya ağır zərbə

Gunaz.tv

GünAz TV: ABŞ-dan (Amerika Birləşmiş Ştatları) Türkiyəyə PKK- ilə mübarizədə dəstək verilib. Birləşmiş Ştatlar PKK liderlərindən 5-ni qara siyahıya daxil edib.

PKK-nın əsas simalarından olan Cemil Bayık, Duran Kalkan, Remzi Kartal, Sabri Ok ve Adem Uzunun ABŞ tərəfindən iri miqyaslı narkotik (məvadde moxəddir) qaçaqmalçısı elan edilməsi və onların hesablarının dondurulması ilə iki ölkə arasında terrorla mübarizədə yeni bir mərhələyə qədəm qoyub.

Qara siyahıya salınan şəxslər türkiyədə terrorçuluq başda olmaqla müxtəlif ağır cinayətlərdə günahləndırılır.

Bir qrup amerikalı diplomat bu hadisəni türk jurnalistlərə şərh edib. Diplomatlar bildiriblər ki, bu PKK-nın məhv edilməsi üçün həlledici olamsa da ciddi bir adımdır. ABŞ höküməti bu siyahıya başqa şəxslərin adını da əlavə edəcək. Bu qərar simvolik bir adımdır. “ABŞ-ın PKK liderlərini qara siyahıya salması həm də PKK-nın gülcü olduğu Avropa ölkələrinə bir mesajdır” deyən diplomatlar əsas məqsədin terrorla mübarizədə ABŞ-ın Türkiyənin yanında olmasını göstərmək olduğunu deyib.

ABŞ bununla bütün dünyaya terorun qlobal (kürəsəl) bir problem olduğunu və birlikdə mübarizə ilə aradan qaldırılacağı mesajını göndərib. Sözügedən hadisə ilə bağlı yaxın günlərdə ABŞ-dan Türkiyəyə yüksək səviyyəli bir nümayəndə heyətinin gedəcəyi də gözlənilir. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar