SON XƏBƏRLƏR

“Vərziğanda mədənlərin xarici səhmdarları ətraf mühiti sianidlə çirkləndirib” – Millət vəkili

2021.10.20, 07:36
“Vərziğanda mədənlərin xarici səhmdarları ətraf mühiti sianidlə çirkləndirib” – Millət vəkili

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Vərziğan və Xarvana şəhərlərinin İran parlamentindəki millət vəkili Əndəriyan məntəqəsində yerləşən mədənlərin fəaliyyəti nəticəsində ətraf mühitin çirkləndiyini bildirib.

 

“Şəms” agentliyinin yaydığı məlumata görə, Rza Əlizadə  mədənlərin iş adamlarına buraxılmasında ilk növbədə daxili şirkətlərə üstünlük verildiyini deyib.

 

“Ətraf mühitin çirklənməsi ilə bağlı Əndəriyan mədənlərində bir neçə il işlər dayandırıldı. Sianlaşdırma üsulünün tətbiq edilməsi havanın çirklənməsinə səbəb olduğu üçün, mən də mədənlərdə işlərin dayandırılmasını tələb etdim. Bundan sonra Ətraf Mühitin Mühafizəsi Təşkilatı 6 ay araşdırma apardıqdan sonra mədənlərin ətraf mühitə heç bir ziyan vurmadığını açıqladı.

Mən hələ də bölgədə ətraf mühitin çirkləndiyinə inanıram. Mədənlərin fəaliyyəti nəticəsində hava ilə yanaşı yeraltı və yerüstü suları da sianidlə çirklənir.”- deyə o bildirib.

 

Rza Əlizadə

 

Millət vəkili ətraf mühitin çirklənməsi ilə bağlı çoxlarının nigaran olduğunu bildirərək vurğulayıb ki, bu məsələ ilə bağlı Ətraf Mühitin Mühafizə Təşkilatı birbaşa məsuliyyət daşıyır. Ümid edirik ki, təşkilat bu məsələyə məsuliyyətlə yanaşacaq və ətraf mühitin çirklənməsinə heç bir şəkildə göz yummayacaq.

 

Rza Əlizadə bu barədə mədənlərin səhmdarlarının fikirini də öyrənib. O bildirib ki, “Vərziğan Şəhər İcra Hakimiyyəti başçısının iştirakı ilə mədənlərə yaxın bir kənddə iclas keçirildi. Biz istədik ki, daxili və xarici səhmdarlar sözügedən suallara cavab versinlər. Lakin onlar işləri ilə əlaqədar heç bir ictimai öhdəliklərinin olmadığını açıq şəkildə bildirdilər.

 

“Mədənlərin fəaliyyəti bölgə əhalisinə heç bir xeyir verməyib. Əksinə onların əkin yerləri təxrib olunub, bir sıra torpaqları isə mənimsənilib. Bölgə əhalisi çox az pul qarşılığında mədənlərdə işləyir. Lakin ətraf kəndlər hələ də yoxsul vəziyyətdədir, bölgə əhalisinin yaşayış səviyyəsi çox aşağıdır.”- deyə millət vəkili əlavə edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar