SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan azərbaycanlı fəal Yaşar Tohidinin durumu ağırlaşıb

2022.09.06, 06:48
Evin zindanında saxlanılan azərbaycanlı fəal Yaşar Tohidinin durumu ağırlaşıb

Gunaz.tv

Yaşar Tohidi xəstə olsa  da zindan məsulları dərman çatışmazlığını bəhanə edərək ona dərman preparatlarının çatdırılmasına imkan vermirlər.

Hüquq müdafiəçiləri bildirib ki, məsulların bu hərəkəti Yaşar Tohidiyə qarşı işgəncədir və ona əlavə təzyiq göstərmək  məqsədi daşıyır.

İyunun 7-də Tehranda yaşayan öyrənci hərəkatının fəalı Yaşar Tohidi barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

O,  İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Yaşar Tohidi 23 iyun 2021-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının təhlükəsizlik təcridxanasına köçürülüb.

Öyrənci hərəkatının fəalı 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. 

Tohidi bundan öncə də dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar