Dövlət Komitəsi: "Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq"

17.08.2022, 14:25

Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb. Bu məqsədlə avqustun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların bir qrupu ilə görüş keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Torpaqların işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, dilokasiyanın dəyişdirilməsi, qanunsuz məskunlaşdırılmış ermənilərin bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib. Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq, yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib.

Laçınlılar məcburi köçkünlük dövründə onlara hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, həm buna görə, həm də ata-baba torpaqlarına qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər. Birinci vitse-prezident Mehriban Əliyevanın köçkünlüklə bağlı problemlərin həlli ilə bağlı gördüyü işlər dərin razılıq hissi ilə qeyd edilib.

Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib.

Bir daha diqqətə çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.

Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı açıq və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri dirçəltməyə hazır olduqlarını bildiriblər.
Tədbir iştirakçıları Laçına qayıdış xəbərini sevinclə qarşıladıqlarını və tezliklə qayıdacaqlarına ümidvar olduqlarına bildiriblər. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın keçmiş prezidentinin qızı həbs edildi

2022-09-28

gun az article

İranın Çabahar şəhərində etirazçılar dövlət idarələrinə girib, fərmandarlığın yandırıldığı deyilir-VİDEO

2022-09-27

gun az article

İranda yenidən etiraz aksiyaları başlayıb, Çabaharda odlu silahlardan atəş açılır-VİDEO

2022-09-27

gun az article

Ərbildə İran PUA-sı qəzaya uğrayıb

2022-09-27

gun az article

“Molla rejimi İslamın düşmənidir”-Fransanın qalmaqallı din xadimi

2022-09-27

gun az article

Amerikadakı İran Həkimlər Assosiasiyasının prezidenti İbrahim Rəisi ilə görüşə görə vəzifəsindən qovulub

2022-09-27

gun az article

İran məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Əmlakları müsadirə olunacaq"

2022-09-27

gun az article

İranda neft sənayesi işçiləri tətil aksiyalarına başlayacaq

2022-09-27

gun az article

Kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib

2022-09-27

gun az article

Polad Həşimovun anası: "Şəhidlərimiz bizim qəhrəmanlarımızdır"

2022-09-27

gun az article

Prezident İlham Əliyev Füzuliyə gedib-FOTO

2022-09-27

gun az article

Avropa Birliyi və Amerika İrana qarşı yeni cəza tədbirləri tətbiq edəcək

2022-09-27

gun az article

Avstraliyadakı iranlılar xalq etirazlarına dəstək aksiyası keçiriblər

2022-09-27

gun az article

ABŞ Ukraynaya 12 milyard dollar yardım ayırır

2022-09-27

gun az article

Vətən müharibəsinin başlamasından iki il ötür

2022-09-27

gun az article

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

2022-09-27

gun az article

Bu gün Azərbaycanda Anım Günüdür

2022-09-27

gun az article

Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

2022-09-27

gun az article

Tehranlı deputat etirazçıları təhqir etdi: "Xalqın ətəyini bulaşdıran bu murdarlar..."

2022-09-27

gun az article

Almaniyanın xarici işlər naziri İrana qarşı sanksiyalar tələb edib

2022-09-27