SON XƏBƏRLƏR

ÜST: Avropada COVID-19-a qarşı məhdudiyyətlər sərtləşdirməsə, 500 min nəfər ölə bilər

2021.11.21, 08:03
ÜST: Avropada COVID-19-a qarşı məhdudiyyətlər sərtləşdirməsə, 500 min nəfər ölə bilər

Gunaz.tv

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluqe BBC-yə müsahibəsində bildirib.

ÜST rəsmisinin sözlərinə görə, bununla əlaqədar mütəxəssislər tibbi maska taxmağı davam etdirməyi, eləcə də hər kəsin peyvəndlənməsini tövsiyə edir: “Soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə daha çox yoluxucu ştammların yaranmasına şərait yaradacaq. Artıq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur”.

O, əlavə edib ki, pandemiya ilə mübarizə üçün məcburi peyvənd yalnız son çarə kimi görünməlidir: “Bu məsələ ilə bağlı həm qanunvericilik müstəvisində, həm də ictimaiyyət arasında vaxtında müzakirələrə başlamaq zərurəti meydana çıxıb. 

Məcburi peyvəndləməyə qərar verməzdən əvvəl başqa vasitələrə, məsələn, azadlığı qətiyyən məhdudlaşdırmayan, əksinə, onu qoruyub saxlamağa kömək edən digər vasitələrə üstünlük vermək lazımdır”. (apa)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar