SON XƏBƏRLƏR

Yığıncaqda saxlanılan soydaşlarımızdan 17-i azadlığa buraxılıb

2021.10.20, 07:36
Yığıncaqda saxlanılan soydaşlarımızdan 17-i azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: "Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı"-da tutuqlanan soydaşlarımızdan 17-i mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Bu barədə ADAPP )İranda Azerbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası( məlumat yayıb.

 

Məlumata görə, azadlığa buraxılanlar bir gün saxlanılıb və sorğu-suala tutulduqdan sonra azadlığa buraxılıblar. Onlar saxlanıldıqları müddətdə döyülüb və ruhi-cismi işgəncəyə məruz qalıblar.

 

Azadlığa buraxılan soydaşlarımızdan biri bəyan edib ki, onların saxlanıldığı yer acınacaqlı vəziyyətdə idi. O əlavə edib ki, hər tək nəfərlik Kamerada (sellul) 16 nəfər birlikdə saxlanılırdı.

 

Mülki Vəsiqə qarşılığında azadlığa buraxılan soydaşlarımızın əksəriyyəti Yığıncaqdan sonra iki gün ərzində Təbriz Polisinin Ettelaat bölməsinə çağrılıblar.

 

Azadlığa buraxılan Yığıncaq iştirakçılarının kimliyi bunlardan ibarətdir:

 

-Mənsur Seyfi, Babək Təbrizi, Əli Pakbaz, Nadir Mahmudi, Qadir Mahmudi, Tahir Mahmudi, Əhməd Əlizadə, Əli Mehdizadə, Bilal Hatəmi, Hüseynəli Məhəmmədi, Nasir Bəxiyari, Taib Lütfi, Yaşar Kazimzadə, Həbib Mehri, Rəsul Rəzəvi, Əzizxan Sadiqzadə və Yəqub Kərimi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar