SON XƏBƏRLƏR

Zəncan bazarının “Dörd ağızlı timçə” adı farsca adla dəyişdirildi / Azərbaycanlı gənclər türkcə adı yenidən bərpa etdi – VİDEO

2021.10.20, 07:36
Zəncan bazarının “Dörd ağızlı timçə” adı farsca adla dəyişdirildi / Azərbaycanlı gənclər türkcə adı yenidən  bərpa etdi – VİDEO

Gunaz.tv

GünAz TV: İran rejiminin Azərbaycana qarşı tətbiq etdiyi asimilasyon siyasətinin tərkib hissəsi kimi, ölkədə türkcə olan coğrafi adların farsca adlarla dəyişdirməsi prosesi davam edir.

 

Zəncandan (Zəngan) əldə etdiyimiz məlumata görə, bu şəhərin bazarında “Dörd ağızlı timçə” adı dəyişdirilərək “Timçe çahar dərbi” adlandırılıb.

 

Zəncanın Bələdiyyə İdarəsi örtülü bazarda yerləşən “Dörd ağızlı timçə”nin adını sırf türkcə olduğu üçün dəyişib, bu kimsədə şübhə doğurmur.

 

Bələdiyyə İdarəsinin bu hərəkəti bazarda fəaliyyət göstərən soydaşlarımızın etirazı ilə qarşılanıb, onlar həmin nöqtəni türkcə adlandıracaqlarını bildiriblər. Bundan sonra zəncanlı gənclər Azərbaycana qarşı yönələn işə dözməyib, bazarın girişindən “Dörd ağızlı timçə” yazılmış lövhə asaraq türkcə adı bərpa ediblər.

 

 

Zəncanın örtülü bazarı uzunluğuna görə İran və Güney Azərbaycanın ən böyük tarixi bazarıdır. Bu bazar Qacarlar dövründə Fətəli Şah tərəfindən təsis edilib.

 

İranda Pəhləvi dövründə Azərbaycan türklərinə qarşı başlayan asimilasyon siyasəti islam cümhuriyyəti dövründə daha da geniş vüsət alıb. Coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın bütün şəhər və kəndlərində rast gəlinir.

 

https://www.youtube.com/watch?time_continue=3&v=wAHjnr_Pe8s

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar