SON XƏBƏRLƏR

Zərif: “Ümid edirəm ki, mənim istefam, Xarici İşlər Nazirliyinin öz qanuni məcrasına qayıtmasına təkan verəcək”

2021.10.20, 07:36
Zərif: “Ümid edirəm ki, mənim istefam, Xarici İşlər Nazirliyinin öz qanuni məcrasına qayıtmasına təkan verəcək”

Gunaz.tv

GünazTV: İranın keçmiş xarici işlər naziri Məhəmmədcavad Zərif, onun istefa verməsindən sonra İran Xarici İşlər Nazirliyində çalışan bir qrup həmkarının istefa verməyə hazırlaşması barədə yayılan xəbərə reaksiya verib.

 

Zərif, fevralın 26-da jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyindəki diplomat həmkarlarına müraciət edərək, onları bu fikirlərindən daşındırmağa çalışıb: “Mənim İran Xarici İşlər Nazirliyində və onun nümayəndəliklərində çalışan bütün əziz bacı-qardaşlardan istəyim budur ki, onlar ölkənin müdafiəsi üçün var gücləri ilə öz vəzifələrini davam etdirsinlər və bu kimi addımlardan (istefadan) çəkinsinlər. Sizinlə birgə işləmək mənim üçün iftixar idi. Ümid edirəm ki, mənim istefam, Xarici İşlər Nazirliyinin öz qanuni mövqe və məcrasına qayıtmasına təkan verəcək”.

 

Qeyd edək ki, İranın bir sıra mətbuat orqanı hakimiyyətdaxili bəzi mənbələrə istinadən Zərifin istefasının ardınca, , Xarici İşlər Nazirliyində çalışan bir sıra diplomatın istefa verməyə hazırlaşması barədə məlumat yayıblar. Məlumata əsasən, Zərifin komandasından olan bir qrup diplomat bildirib ki, əgər onun (Zərifin) istefası qəbul edilsə, onlar da tutduqları vəzifələrindən istefa verəcəklər.

 

Zərif fevralın 25-i axşam saatlarında “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə səmimi-qəlbdən üzr istəyirəm”- deyə Zərif əlavə edib.

 

İran xarici işlər nazirinin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri Zərifə göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, Cavad Zərifin xarici işlər naziri kimi artıq dünyada hörmət və imici qalmayıb”.

 

Xatırladaq ki, fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İranın dini lideri Əli Xamneyi ilə görüşündə yalnız prezident Həsən Ruhani və “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani iştirak edib. Zərif isə İranın xarici işlər naziri olmasına baxmayaraq bu görüşə dəvət edilməyib.

 

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar