SON XƏBƏRLƏR

Yüzlərlə hüquqşünas BMT-yə İranda insan haqları ilə bağlı çağırış edib

2022.10.24, 08:06
Yüzlərlə hüquqşünas BMT-yə İranda insan haqları ilə bağlı çağırış edib

Gunaz.tv

Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub.

İran, Amerika, İngiltərə, Kanada və İsrail də daxil olmaqla müxtəlif ölkələrdən 687 vəkil və hüquqşünasın imzaladığı bu məktuba görə, insan haqlarının geniş şəkildə pozulması və Məhsa Əmininin öldürülməsinin ardından meydana gələn xalq etirazlarının zorakılılqla yatırıldığı qeyd olunub.

Məktubda bir sıra əyalətlərdə, o cümlədən Sistan-Bəluçistan əyalətində uşaqlarda daxil olmaqla etirazçıların güllələnərək öldürüldüyü qeyd edilib.

Bununla yanaşı İslam Respublikasının təcili tibbi yardım maşınlarından başqa niyyətlərlə, o cümlədən silahlı məmurların daşınması və narazıların saxlanılmasında istifadəsinin hərbi cinayət mahiyyətli olduğu vurğulanıb.

Məkubu imzalayanlar önləyici tədbir kimi keçmiş siyasi məhbusların, jurnalistlərin, idmançıların, hüquq müdafiəçilərinin hökumət məmurları tərəfindən saxlanılmasının beynəlxalq və mülki qanunlara zidd olduğunu bildiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar