SON XƏBƏRLƏR

 Güney Azərbaycanda Zəfər Günü qeyd edilib

2023.11.08, 14:16
 Güney Azərbaycanda Zəfər Günü qeyd edilib

Başda Təbriz olmaqla Güney Azərbaycanın bir neçə şəhərində 8 noyabr Zəfər günü ilə bağlı posterlər yayılıb.

Gunaz.tv

Posterlərdə Azərbaycan bayrağı və Dəmir Yumuruq heykəli təsvir olunub.

Təbriz, Sulduz, Ərdəbil, Urmu və bir neçə başqa şəhərdə yayılan və divarlara yapışdırılan posterlərdə "Zəfər bayramınız qutlu olsun, Qarabağ Azərbaycandır",- sözləri yazılıb.

Bununla yanaşı, noyabrın 7-dən 8-ə keçən gecə Zəfər Günü ilə bağlı Urmu şəhərində atəşfəşanlıq olub.

Dünən axşamdan bir neçə güneyli fəal saxlanılıb, onların Zəfər Günü tədbirləri ilə bağlı həbs edildikləri ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar