SON XƏBƏRLƏR

Suriyada SEPAH-a bağlı hədəflər vurulub

2023.11.09, 10:09
Suriyada SEPAH-a bağlı hədəflər vurulub

ABŞ hərbi hava qüvvələrinin qırıcıları Suriyanın Şərqində yerləşən SEPAH və ona bağlı silahlı qruplaşmaların bazalarına zərbələr edindirib.

Gunaz.tv

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə hava zərbələri nəticəsində 9 nəfər həlak olub.

Hücumla bağlı ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, bu İrana bağlı qüvvələrin Suriya və İraqda ABŞ hədəflərinə cavabdır.

Cavab zərbələrinin F-15 qırıcıları vasitəsilə həyata keçirildiyini deyən ABŞ müdafiə naziri Lloyd Ostin,  bunu "şəxsi müdafiə" adlandırıb.

O, deyib ki, BŞ personalının təhlükəsizliyi Co Bayden üçün prioritetdir və o, hava zərbələrinə göstəriş verməklə ABŞ-ın özünü, şəxsi heyətini və maraqlarını müdafiə edəcəyini açıq şəkildə bildirdi.

"Xalqımız və maraqlarımızın təhlükəsizliyi üçün daha ciddi addımlar ata bilərik",- Ostin xəbərarlıq edib.

Müdafiə naziri eyni halda gərginliyin atmasında maraqlı olmadıqlarını deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar