SON XƏBƏRLƏR

Süngün Mis Zavodu yenə İlqanaçayın çirklənməsinə səbəb olub

2023.11.10, 13:25
Süngün Mis Zavodu yenə İlqanaçayın çirklənməsinə səbəb olub

Güney Azərbaycanın Qaradağ bölgəsində Süngün Mis Zavodu kimyəvi və xərçəng törədici çirkabları yenə İlqanaçaya buraxır.

Gunaz.tv

Zavodun standard olmayan fəaliyyəti nəticəsində törənmiş kimyəvi çirkabın çaya buraxıması ilə suyun rəngi firuzəyə çevrilib. 

Qeyd edək ki, Vərziqan rayonunda yerləşən Süngün Mis Yatağı Zavodu təhlükəli çirkləndirici maddələri bölgənin təbiətinə buraxır. 

Zavodun Azərbaycan təbiətinə bu tərzdə laqeyd yanaşması illərdir ki, ətraf mühit fəalları və rayon sakinlərinin etirazına səbəb olur. 

Lakin İran hakimiyyəti bu etirazlara etinasız yanaşaraq zavodun standartlara riayət etməsini tələb etmir.

Qeyd edək ki, zavod tərəfindən zəhərli maddələrin təbiətə buraxılması nəticəsində bölgə sakinlərinin heyvandarlıq təsərrüfatı, həmçinin meşəliklə təhlükəyə düşüb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar