SON XƏBƏRLƏR

Daha 94 nəfər Zabux kəndinə yola salınıb

2023.11.16, 10:10
Daha 94 nəfər Zabux kəndinə yola salınıb

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Gunaz.tv

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bakıdan yola düşən köç karvanına Tərtər, Bərdə, Qax və Lənkərandan Zabuxa qayıdan ailələr də qoşulub. Bu gün kəndə 25 ailə - 94 nəfər köçürülüb.

Qeyd edək ki, bugünkü köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndində 46 ailə, yəni 188 nəfər yaşayacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar