SON XƏBƏRLƏR

İranın 3 şəhərində 15 məhkum edam edildi

2023.11.16, 14:29
İranın 3 şəhərində 15 məhkum edam edildi

İranın Kirman, Kərəc və Kirmanşah həbsxanalarında 15 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Bununla yanaşı, Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin həbsxanasında 6 məhkum edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

Qeyd edək ki, İran bu ilin ilk 7 ayı ərzində ən azı 419 nəfəri edam edib və bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% artım göstərir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar