SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 22 nəfər həbs edilib

2023.11.20, 16:21
Şərqi Azərbaycanda 22 nəfər həbs edilib

Şərqi Azərbaycan əyalətinin Marağa, Bostanabad və Əhər şəhərlərində 22 nəfər həbs edilib.

Gunaz.tv

Əyalətin polis idarəsinin verdiyi rəsmi məlumatda saxlanılanların "quldurluq" və "ictimai" asayişi pozmaq" ittihaməna görə həbs edildikləri bildirilib.

Yerli sosial media fəalları və hüquq müdafiəçiləri rəsmi məlumatların həqiqəti əks etdirmədiyini, saxlanılanların bir neçəsinin ictimai fəaliyyətlərinə görə cəzalandırıldıqlarını yazıblar.

Qeyd ediblər ki, həmin şəxslər bundan əvvəl baş verən etiraz aksiyalarında fəallıq göstərən şəxslərdirlər.

Saxlanılanların bir neçəsi "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizlik əleyhinə fəaliyyət"də günahlandırılıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar