SON XƏBƏRLƏR

Ərdəbilli vəkil cinayətkarlarla eyni bölməyə salınıb

2023.11.21, 16:16
Ərdəbilli vəkil cinayətkarlarla eyni bölməyə salınıb

Ərdəbil şəhərindən olan hüquqşünas və mədəni fəal Pərviz Siyabi həbsxananın 13-cü bölməsində köçürülüb.

Gunaz.tv

Bu barədə o, ailəsilə qısa telefon danışığında bildirib.

13-cü bölmə təhlükəli məhbusların və ağır cinayətlər törətmiş məhkumların saxlanıldığı bölmədir.

Səhəttində problemlər olan 74 yaşlı hüquqşünas bir müddət əvvəl tibbi məzuniyyətə buraxılmışdı.

Bildirilib ki, Pərviz Siyabinin müalicə olunması ilə bağlı 5 nəfərdən ibarət həkim heyətinin arayış verməsinə baxmayaraq, onun müalicəsinin davam etdirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyi üçün 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və prinsiplərinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək" ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar