SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı Nərgiz Məhəmmədiyə görə İrana müraciət etdi

2023.11.23, 15:23
Beynəlxalq Əfv Təşkilatı Nərgiz Məhəmmədiyə görə İrana müraciət etdi

Beynəlxalq Əfv Təşkilatı İran hökumətinə müraciət edərək həbsdə olan Nobel sülh mükafatı laueratı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal sərbəst buraxılmasını tələb edib.

Gunaz.tv

Bu barədə beynəlxalq təşkilatın media orqanında məlumat yayılıb.

Müraciətdə Məhəmmədinin səhhətinin ağır olduğu, normal müayinə və müalicəsinə icazə verilmədiyi qeyd edilib.

Hökumətin hüquq müdafiəçisini yolundan döndərmək, məcburi hicab qaydalarına tabe etmək üçün işgəncə verdiyi, təhqiramiz rəftar etdiyi bildirilib.

Müraciətin sonunda İran məhkəmə sistemindən Nərgiz Məhəmmədinin azadlığa buraxılması istənilib və hüquq müdafiəçisinin həyatını gözləyən təhlükəyə görə İran hakimiyyətinin məsuliyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar