SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda SEPAH-ın hərbi maşını partladıldı: ölənlər var

2023.11.24, 15:56
Sistan və Bəluçistanda SEPAH-ın hərbi maşını partladıldı: ölənlər var

Sistan və Bəluçistan əyalətinin Zahidan-Xaş şəhərləri arasında SEPAH-a məxsus hərbi avtomobil partladılıb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, maşın yolda quraşdırılmış bomba nəticəsində partlayıb.

Məlumata görə, partlayış nəticəsində 4 SEPAH üzvü öldürülüb, 2-i yaralanıb.

Sistan və Bəluçistan əyalətinin polis rəisi Dostəli Cəlilian mediaya açıqlamasında yola quraşdırılmış bomba ilə yanaşı, SEPAH avtomobilinə bir neçə tərəfdən silahlı hücum edildiyini deyib.

O, bombanın partlaması və silahlı qarşıdurma zamanı heç bir ölüm halının qeydə alınmadığını bildirib.

Hücumçular hadisə yerindən qaçmağa nail olublar.

Bəluçların “Ənsar əl-Furqan” silahlı təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar