SON XƏBƏRLƏR

Gilanlı jurnalist işgəncə altında komaya düşüb

2023.11.28, 14:23
Gilanlı jurnalist işgəncə altında komaya düşüb

Gilan əyalətinin təhlükəsizlik təcridxanasında işgəncə edilən jurnalist sosial media fəalı Məhəmməd Mirqasımzadə komaya düşüb.

Gunaz.tv

Bu barədə “Radio Gilan” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, jurnalist Gilan əyalətinin Somesəra şəhərinin İran parlamentindəki nümayəndəsi Kazım Dilxoşun korrupsiya əməlləri barədə açıqlamalarından sonra həbs edilib.

Komaya düşən jurnalistin öldüyü ehtimal edilir. Məsələ ilə bağlı jurnalistin ailəsinin müraciətlərinə cavab verilmir.

Qeyd edək ki, İran rəhbəri Əli Xaməneyi başda olmaqla, İran rəsmilərinin media fəalları və kiberməkanla bağlı bəyanatlarından sonra jurnalistlərə qarşı təzyiqlər daha da artıb.

Onlar hakimiyyəti tənqid edən media fəallarını xarici və düşmən qüvvələrlə əməkdaşlıqda ittiham ediblər.

Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı hesabata görə, son bir il ərzində İranda 100-dən çox jurnalist həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar