SON XƏBƏRLƏR

“Bu köçmə deyil, ölkədən qaçmaqdır”- universitet müəllimi

2023.11.29, 13:56
“Bu köçmə deyil, ölkədən qaçmaqdır”- universitet müəllimi

“Ölkə rəsmiləri mütəxəssislərin artan köçmələrini mütəxəsis mübadiləsi adı ilə danır və ört-basdır edir”

Gunaz.tv

Bunu Şərif adına Sənaye Universitetinin müəllimi Əli Şərifi Zarçi deyib. O, mütəxəssislərin İrandan getmələrinin “köçmə” deyil “ölkədən qaçma” olduğunu deyib.

“Ölkələrarası mütəxəssis mübadiləsi ölkəndən çıxan mütəxəssis qədər digər ölkələrdən mütəxəssisin ölkəyə gəlməsinə deyilir. Ölkə rəsmiləri mütəxəssislərin getmələrini mütəxəsis mübadiləsi adı ilə danır və ört-basdır edir. 

Respublikanın bu barədə indiki vəziyyətini kütləvi qaçmaq adlandırmaq olar. Artıq ölkədənqaçma mütəxəssislər və universitetlərin gənc məzunları çərçivəsindən çıxaraq,  sosial cəmiyyətə ümumi hərəkətə çevrilib. 

2021-ci ildə 115 min iranlı dünyanın 38 qabaqcıl ölkəsinə köçüb. Bu isə ondan öncəki illə müqayisədə 141 faiz sıçrayış deməkdir. 

Bununla da, İran Dünya Mütəxəssislərinin Köçməsi üzrə birinci yerə yüksəlib. İnsan resurslarının çıxması ciddi bir problemdir.”- deyə Əli Şərifi bildirib.

Universitetin Kompüter Mühəndisliyi Fakültəsinin keçmiş müəllimi Əli Şərifi Zarçi 2022-ci ildə tələbələrin aksiyalarına hakimiyyət tərəfindən basqılara etiraz etdiyinə görə univeristetdə fəaliyyətinə xitam verilib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar