SON XƏBƏRLƏR

Güneyli fəal Yaşar Təbrizi təkadamlıq kameraya salınıb

2023.12.01, 09:39
Güneyli fəal Yaşar Təbrizi təkadamlıq kameraya salınıb

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı ictimai fəal, insan haqları müdafiəçisi Yaşar Təbrizi təkadamlıq kameraya köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Bildirilib ki, Yaşar həbsxana məsullarının qanunsuz əməllərinə, məhkumlara qarşı qəddarlığa və palatalardakı dözülməz şərayitə etiraz etdiyi üçün cəzalandırılıb.

Onun ailəsi isə fəalın yaxınları ilə görüşünə və telefon əlaqəsi saxlamasına qadağa qoyulduğunu bildirib.

Qeyd edək ki, keçmiş siyasi məhbus Yaşar Təbrizini sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları həbs ediblər.

Bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də "hökumətə qarşı təbliğat" ittihamına görə bir illik həbs qərarı çıxarılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar