SON XƏBƏRLƏR

İran heyəti BƏƏ-dəki sammiti tərk edib

2023.12.01, 15:50
İran heyəti BƏƏ-dəki sammiti tərk edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edən İran heyəti sammiti yarımçıq tərk edib.

Gunaz.tv

Bu barədə İranın "Fars" xəbər agentliyi energetika naziri Əli Əkbər Mehrabiyana istinadən məlumat yayıb.

Nazir bunu İsrail Prezidenti İshaq Hersoqun sammitə qatılmasına etiraz əlaməti olduğunu deyib.

Qeyd edək ki, İran heyətinin sammiti tərk etməsi BƏƏ və İsrail arasında münasibətlərin yaxşılaşdırılmasından narahatlığın təzahürüdür.

Sammit başlamadan əvvəl “The Guardian” İsrailin prezidenti İshaq Hersoqun BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü barədə məlumat yayıb.

İsrail mediasıda Hersoqun Birləşmiş Ərəb Əmirliklərinə səfərinin iki ölkə arasında diplomatik münasibətlərin normallaşması istiqamətində faydalı addım olduğunu yazıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar