SON XƏBƏRLƏR

Təbrizdə hava çirkliliyi ilə bağlı xəbərdarlıq edildi

2023.12.02, 13:09
Təbrizdə hava çirkliliyi ilə bağlı xəbərdarlıq edildi

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb və bu qarşıdakı 5 gün ərzində davam edəcək.

Gunaz.tv

Bu barədə İranın Milli Proqnozlaşdırma və Böhran İdarəetmə Mərkəzinin rəhbəri Sadiq Ziyaiyan məlumat verib.

O, Təbrizlə yanaşı Tehran, Ərak, İsfahan və Kərəc şəhərlərində də havanın kəskin çirkləndiyini deyib.

Həssas yaş qrupuna aid insanların, qocaların, uşaqların və xəstələrin evdə qalmamları tövsiyə edilib.

Bir neçə gün əvvəl İran parlamentinin ekologiya fraksiyasının başçısı Süməyyə Rəfii Səhiyyə Nazirliyinin statistikasına istinadən hər il İranda 27 min nəfərin öldüyünü deyib.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı, ölkədə 6,5 milyon ədəd avtomobilin, 12 milyon motosikletin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının səbəblərindən biridir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar