SON XƏBƏRLƏR

İran texnologiyadan repressiya üçün istifadə edir

2023.12.05, 16:09
İran texnologiyadan repressiya üçün istifadə edir

İranda xəbər qaynaqlarının məlumatına istinadən hakimiyyət qabaqcıl elm və texnologiyalardan istifadə edərək müxaliflərə qarşı repressiya tətbiq edir.

Gunaz.tv

Belə ki, Məşhəd Metrosundan paylaşılmış görüntüyə əsasən ağıllı kameralar (Smart Camera) şəxslərin sifətlərini qeyd edərək kimliklərini müəyyənləşdirir.

Xorasan qəzetinin redaktoru bu barədə şəkillər paylaşaraq izahında yazıb: “Bura Məşəhr Metrosunun Şəriəti Stansiyasıdır. 

Kameraların qarşısından kim keçirsə, şəkili qeyd olunaraq kimlikləri, o cümlədən yaşı və cinsi monitor üzərində göstərilir. Bələdiyyə bu hərəkətdə məqsədi nə olduğu barədə izah verməlidir”

Vəhid Təfrihi monitordan çəkdiyi şəkili İnstaqram hesabında paylaşıb. 

Ağıllı kameralardan istifadə məsələsi ötən il başlamış “Qadın, Yaşam, Azadlıq” hərəkatından sonra müxalifləri və küçələrdə etirazçıları ayırd etmək üçün istifadəsi gündəmə gəlib. 

Hakimiyyətin rəsmiləri ağıllı kameralardan repressiya məqsədləri üçün istifadə olunmadığını  iddia etsələr də, Məşhəd Metrosundan paylaşılmış şəkil həmin iddianın doğru olmadığını sübut edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar