SON XƏBƏRLƏR

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilib

2023.12.06, 14:24
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilib

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Gunaz.tv

“Pastinfo” xəbər verir ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.

Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri -  Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar