SON XƏBƏRLƏR

Hökumət məmurları güneyli mədəniyyət xadiminin dəfn mərasiminə müdaxilə edib

2023.12.07, 16:03
Hökumət məmurları güneyli mədəniyyət xadiminin dəfn mərasiminə müdaxilə edib

Bu gün saat 12-də Təbrizin "Vadi rəhmət" qəbristanlığında dekabrın 5-də dünyasını dəyişən mədəniyyət xadimi və yazıçı Əli Cəngcuy Xalitabadinin dəfn mərasimi keçirilib.

Gunaz.tv

Bu barədə yerli media fəalları məlumat yayıblar.

Bildirilib ki, mərasimdə iştirak edən Hadi Quluzadə adlı mədəni fəal həbs edilərək naməlum yerə aparılıb.

Qeyd edək ki, dəfn mərasiminə toplaşan mədəniyyət xadimləri, tanınmış şair və yazıçılar, sənətçilər Azərbaycan dilində çıxış edib, şeirlər səsləndirib və "Azərbaycan Azərbaycan" mahnısını ifa ediblər.

Mərasim iştirakmıları "Azərbaycan sənin başın sağ olsun- Böyük kişi yolun davamlı olsun" olsun şüarı səsləndirərəl Əli Xalidtabadini torpağa tapışırıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar