SON XƏBƏRLƏR

Heydər Əliyevin Türkiyə ilə qurduğu siyasət ən yüksək səviyyəyə qaldırılıb

2023.12.12, 11:33
Heydər Əliyevin Türkiyə ilə qurduğu siyasət ən yüksək səviyyəyə qaldırılıb

Ümummilli Liderin ən böyük vəsiyyəti Qarabağın işğaldan azad edilməsi idi. Bu gün Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Gunaz.tv

 Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

O bildirib ki, Ümummilli Liderin ortaya qoymaq istədiyi bütün siyasətlər Prezident İlham Əliyev tərəfindən uğurla icra edilib:

“Özünün də dediyi kimi, atasının etmək istəyib, edə bilmədiyi heç bir şey qalmayıb. Hər şey tamamlanıb. Biz də buna tamamilə inanırıq.

Ümummilli Liderin Türkiyə ilə qurduğu siyasət, əlaqələr prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək səviyyəyə qaldırılıb.

Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya nümunədir, bunun bənzəri yoxdur. Biz bunu Ümummilli Lider Heydər Əliyevdən miras almışıq, yaşatma əzmi ilə də çalışırıq”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar