SON XƏBƏRLƏR

Talakvadze: Regionun gələcəyi Gürcüstan-Azərbaycan əməkdaşlığından asılıdır

2023.12.12, 13:17
Talakvadze: Regionun gələcəyi Gürcüstan-Azərbaycan əməkdaşlığından asılıdır

Bütün regionun gələcəyi Gürcüstan və Azərbaycan arasındakı dostluq və əməkdaşlıqdan asılıdır.

Gunaz.tv

 Bunu Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze deyib. O, Gürcüstanın parlament nümayəndə heyətinin Azərbaycana səfərinin müsbət keçdiyini qeyd edib.

Talakvadze birgə iqtisadi, infrastruktur, turizm layihələrinin, həmçinin ticarət əlaqələrinin iki ölkəni bir-birinə bağladığını və bunun vacib olduğunu qeyd edib:

"Hər iki hökumət xalqlarımız üçün strateji tərəfdaşlığımızın daha effektiv olması üçün hər şeyi edir".

Talakvadze Gürcüstanın regionda uzumüddətli sülhü dəstəklədiyini, Azərbaycan və Ermənistan arasında danışıqlara töhfə verməyə hazır olduğunu vurğulayıb.

O, Baş nazir İrakli Qaribaşvilinin və Gürcüstan hökumətinin sülh razılaşmasına vasitəçilik üçün hər şeyi etdiyini deyib.

"Gürcüstan həmişə Azərbaycan və Ermənistanın bir-biri ilə danışdığı məkan olub. Bu gün bizim vasitəçiliyimiz, bizim iştirakımız həqiqətən zəruridir və burada- Bakıda biz bir daha tərəfdaşlarımızdan eşitdik ki, onlar Gürcüstanın sülh sazişi prosesində iştirakını yüksək qiymətləndirirlər və alqışlayırlar.

Bu razılaşma regiona - Azərbaycana, Ermənistana və Gürcüstana lazımdır”, - deyə Talakvadze bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar