SON XƏBƏRLƏR

İran prezidentnin İsveçrəyə səfəri ləğv olunub

2023.12.13, 15:47
İran prezidentnin İsveçrəyə səfəri ləğv olunub

Rəisiyə qarşı şikayətlə onun İsveçrədə saxlanılması güman edilərək Cenevrəyə səfəri ləğv olunub. 

Gunaz.tv

Xatırladaq ki, İranlı siyasi və insan haqları aktivistləri İbrahim Rəisinin xeyli cinayətlərdə, o cümlədən İranda 1988-ci ildə siyasilərin kütləvi edam olunmalarında rolu olduğuna görə 2 gün öncə onun İsveçrədə saxlanılmasını tələb etmişdirlər.

Rəisinin bir heyətlə Dünya Qaçqınları üzrə Forum-2023 iclasında iştirak üçün Cenevrəyə səfər etməsi nəzərdə tutulmuşdur. 

Lakin ona qarşı hüquqi şikayətin Cenevrədə qeydiyyata alındığı səbəbindən İsveçrəyə səfəri ləğv olunub. 

Şikayətə əsasən “soyqırımının tətbiq edilməsində, işkəncə, qanunsuz edamlar və bəşəriyyətə qarşı sair cinayətlərdə” onun rolu olduğuna görə ölkəyə daxil olan kimi saxlanılması istənilib. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onu İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian əvəz edəcəyini bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar