SON XƏBƏRLƏR

Azərbaycan ağırlıqqaldıranı Dohada hamını qabaqladı

2023.12.13, 19:33
Azərbaycan ağırlıqqaldıranı Dohada hamını qabaqladı

Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub.

Gunaz.tv

109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.

Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.
Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.

Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar