SON XƏBƏRLƏR

Məhəmmədinin ailəsi İsveçin kralı ilə görüşdü

2023.12.14, 12:46
Məhəmmədinin ailəsi İsveçin kralı ilə görüşdü

Nobel Sülh mükafatının laureatı Nərgiz Məhəmmədinin ailəsi dekabrın 13-də İsveçin kral sarayında olub.

Gunaz.tv

Bu barədə İsveç kral ailəsinin İnstaqram səhifəsi məlumat yayıb.

Kral Qustav və kraliça Silvia Renate Sommerlat Məhəmmədinin ailə üzvləri ilə foto çəkdirib, onun insan haqları uğrundakı fəaliyyətlərini təqdir ediblər.

Qeyd edək ki, Güney azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədinin “İranlı qadınların zülmə məruz qalmasına qarşı mübarizəsi və hamı üçün insan haqları və azadlığın təşviqi səylərinə görə” qazandığı 2023-cü il üzrə Nobel Sülh mükafatı 17 yaşlı əkiz övladlarına təqdim edilib.

Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar