SON XƏBƏRLƏR

İranda daha 5 məhkum edam edildi

2023.12.14, 16:16
İranda daha 5 məhkum edam edildi

İranın Qum, Əhvaz, Kərəc, Sənəndəc və Kirmanşah həbsxanalarında 5 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Edam edilənlərdən biri hökumət məmurları ilə silahlı qarşıdurmada, ikisi narkotik maddələrlə bağlı cinayətlərdə, daha ikisi isə adam öldürməkdə günahlandırılıblar.

Bununla yanaşı daha 10 məhkumun edam qabağı hazırlq üçün təkadamlıq kameralara köçürüldüyü bildirilib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, cari ilin 11 ayı ərzində İranda 707 məhkum edam edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar