SON XƏBƏRLƏR

Tehran-Ər-Riyad münasibətlərinin bərpası prosesi müzakirə edildi

2023.12.16, 14:36
Tehran-Ər-Riyad münasibətlərinin bərpası prosesi müzakirə edildi

Pekində keçirilən görüşdə İran, Səudiyyə Ərəbistanı və Çin Tehran-Ər-Riyad münasibətlərinin bərpası prosesini müzakirə ediblər.

Gunaz.tv

XİN nümayəndələri Tehran-Ər-Riyad əlaqələrinin bərpası prosesi, o cümlədən iki ölkənin səfirliklərinin yenidən açılmasıməsələlərini nəzərdən keçiriblər. 

İran və Səudiyyə Ərəbistanı 2022-ci ilin martında Çinin vasitəçiliyi ilə münasibətlərini bərpa etməyə razılaşdılar.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər 2016-cı ildə monarxiyanı tənqid edən nüfuzlu ilahiyyatçı Nimr əl-Nimrin Ər-Riyadda edamından sonra kəskin şəkildə pisləşmişdi. .

Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum edib, buna cavab olaraq Ər-Riyad İranla diplomatik əlaqələri kəsib.

2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar