SON XƏBƏRLƏR

Güneyli aktivist ittihamlar üzrə məhkəməyə çağırılıb

2023.12.18, 12:52
Güneyli aktivist ittihamlar üzrə məhkəməyə çağırılıb

Kərim Boksor kimi tanınan güneyli milli-mədəni aktivist Kərim İsamyılzadə Kəcən ona qarşı sürülən ittihamlara qarşı özünü müdafiə üçün məhkəməyə çağırılıb.

Gunaz.tv

Boks idmançısı “Sistemin əleyhinə birləşmə və təbliğ, respublikanın daxili və xarici təhlükəsizliyinə qarşı hərəkət” ittihamları ilə mühakimə olunacaq.

Təbriz şəhəri “İnqilab” Məhkəməsinin boksçuya göndərdiyi bildirişdə dekabrın 20-si məhkəməyə gəlməsi tələb olunub.

Azərbaycanlı idmançının mədəniyyət və Urmu Gölü barəsində fəaliyyətləri onun dəfələrlə saxlanılması və həbs edilməsinə səbəb olub.

İdmançının fəaliyyəti və həbs olunması  barəsində xəbərlər Azərbaycan və Türkiyyə respublikalarının, həçminin digər əcnəbi medialarda əks olunub.  

Xaric medialarda Urmu Gölünün quruması,Tehran rejiminin bu barədə tədbir görmədiyi barədə idmançı tərəfindən məlumat verildiyinə görə onun və sair Güneyli aktivistlərin dəfələrlə həbs olunmaları ilə nəticələnib. 

Bu səbəbdən Tehran hakmiyyəti boksçuya “Respublikanın daxili və xarici təhlükəsizliyinə qarşı hərəkət” ittihamı irəli sürüb. 

Güneyli aktivistlər Urmu gölünün quruması, həmçinin Araz çayının İranın dost və qardaş ölkəsi Ermənistan tərəfindən kimyəvi zavod tullantıları ilə çirkləndirilməsinə etirazlarını bildirsələr də, hakimiyyət bu barədə heç bir tədbir görmür.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar