SON XƏBƏRLƏR

İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandı- Haker hücumu

2023.12.18, 12:59
İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandı- Haker hücumu

Bu gün yerli vaxtla təxminən saat 11 radələrindən başlayaraq, İranın bir çox əyalətlərində minlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanıb.

Gunaz.tv

Bu barədə məlumat yayan yerli media hadisənin səbəblərinin araşdırıldığını yazıb.

İran Neft Nazirliyi bəyanat yayaraq,yanacaqdoldurma məntəqələrinin  fəaliyyətinin iflic olduğunu təsdiq edib.

Məşhur "Əlcəzirə" telekanalı İsrail ordusuna istinadən bunun İsrailin kiber hücumu nəticəsində baş verdiyini bildirib.

Bununla yanaşı, "Yırtıcı sərçə" haker qrupu bəyanat yayaraq, İranın yanacaqdoldurma sisteminə haker hücumu etdiyini bildirib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da da İranda kiber-hücum nəticəsində paytaxt Tehranda və digər şəhərlərdə fəaliyyət göstərən 4300 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti iflic olomuşdu. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar