SON XƏBƏRLƏR

“Tehranın nüvə proqramı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük hədədir”

2023.12.19, 11:43
“Tehranın nüvə proqramı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük hədədir”

3 Avropa ölkəsinin bəyanatında İran ballistik raketlərin sınağında, inkişaf etdirilməsi, Rusiyaya PUA çatdırılması və nüvə silahı istehsal etməyə cəhddə ittiham olunub.

Gunaz.tv

Bəyanat BMT-nin Təhlükəsizlik Şurasının dekbarın 18-də iclasdan sonra Britaniya, Fransa və Almaniyanın tərəfindən birgə hazırlanıb.

“İran Rusiyaya yüzlərlə PUA çatdırıb və bu hərəkəti ilə Rusiyanın Ukraynaya qarşı təcavüz və müharibəsini dəstəkləyib. Həmçinin, Moskvanın həmin PUA-lardan Ukraynanın şəhərlərini vurmaq üçün istifadə etdiyini bildiyi halda onları Rusiyaya çatdırıb.” bəyanatda deyilir. 

Bəyanatda Tehranın nüvə silahı isthesal etmək niyyətinə də toxunulub: “İran əsla nüvə silahı istehsal etməməli və bu istiqamətdə qarşıdurma əvəzinə əməkdaşlıq etməlidir. 

Tehranın nüvə proqramı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük hədədir.”

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar