SON XƏBƏRLƏR

Xankəndidə tarixi oyun: “Qarabağ”la MOİK üz-üzə gələcək

2023.12.21, 11:27
Xankəndidə tarixi oyun: “Qarabağ”la MOİK üz-üzə gələcək

Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə iki matç keçiriləcək.

Gunaz.tv

Günün ilk görüşü Xankəndidə baş tutacaq.

Oyun Xankəndi şəhər stadionunda reallaşacaq.  Bu tarixi qarşılaşmada “Qarabağ”la MOİK üz-üzə gələcək. Premyer Liqanın lideri I Liqa təmsilçisi ilə görüşdə favorit sayılsa da, Ordu klubu meydana sensasiya üçün çıxacaq.

Bu cütün qalibi 1/4 finalda “Sabah”la görüşəcək. Mərhələnin matçları 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu təşkil olunacaq.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar