SON XƏBƏRLƏR

Xudafərində yaşıllıq zolaqları məhv edilir

2023.12.22, 13:59
Xudafərində yaşıllıq zolaqları məhv edilir

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Araz qırağında yerləşən Mahmudabad kəndi ərazisində hektarlarla yaşıllıq zolağı məhv edilib.

Gunaz.tv

Yerli ətraf mühit fəallarının verdikləri məlumata görə, burada yerləşən uzunömürlü minlərlə ağac kəsilib.

Faəllar ağacların kəsilməsinin qarşısının alınması və günahkarların cəzalandırılması ilə bağlı heç bir addım atılmadığını bildiriblər.

Xudafərin bələdiyyəsi və başqa əlaqədar dövlət qurumlarının laqeydliyi yerli əhalinin etirazlarına səbəb olub.

Onlar hadisənin Regional Su Şirkətinin tabeliyində olan ərazidə baş verdiyinə diqqət çəkərək, minlərlə ağacın gizli şəkildə kəsilməsinin mümkün olmadığını deyiblər.

Sosial mediada paylaşımlar edən yerli əhali bunun hökumət təşkilatları ilə qanunsuz ağac alveri edənlər arasında əməkdaşlığın nəticəsi olduğunu iddia ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar