SON XƏBƏRLƏR

İranda 10 milyon civarında tam savadsız və az savadlı var

2023.12.25, 12:32
İranda 10 milyon civarında tam savadsız və az savadlı var

İranın Savadlandırma Səfərbərliyi Təşkilatı ölkədə 6 yaşdan yuxarı 7 milyon 400 min tam savadsızın olduğunu bildirib.

Gunaz.tv

Təşkilatın sədri Əlirza Əbdi həmçinin ölkədə 2.5 milyon az savadlı olduğu barədə məlumat verib. Onun açıqlamasına əsasən “az savadlılar” ikinci və üçüncü ibtidai sinifədək oxuyub, lakin 6-cı sinifədək davam etdirə bilməyənlərə deyilir.

Mütəxəsisilərin fikrincə, İranda savadsızlıq ötən illərdə artıb. Səbəb isə maddi problemlərə görə şagirdlərin təhsili buraxmağa məcbur olmalarıdır. 

Həmçinin, İranın Statistika Mərkəzinin hesabatına görə, şagirdlərin təhsili buraxma əmsalı 1 faizdən aşağı olub. Lakin ötən 5 il ərzində bu rəqəm 1.2 faizə yüksəlib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar