SON XƏBƏRLƏR

"Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir"

2023.12.30, 11:30
"Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir"

Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir.

Gunaz.tv

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti“yə müsahibəsində bildirib.

Qaluzin xatırladıb ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağda yerləşdirilib. Bu sənəd ləğv edilməyib və sülhməramlılar, müddətin uzadılması ehtimalı ilə, 2025-ci ilin noyabrına qədər bölgədə qalacaqlar.

Diplomat əlavə edib ki, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra vəziyyət kəskin şəkildə dəyişib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar