SON XƏBƏRLƏR

İran vətəndaşı Naxçıvanda təcridxanaya narkotik keçirilməyə cəhd edib

2023.12.30, 12:51
İran vətəndaşı Naxçıvanda təcridxanaya narkotik keçirilməyə cəhd edib

Naxçıvanda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd olunub.

Gunaz.tv

Naxçıvan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan şəxsə - İran İslam Respublikası vətəndaşı Yousefi Asadollah Hokmalı oğluna tanıdığı həmyerlisi İran İslam Respublikası vətəndaşı Abedını Reza Hassan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman təmiz çəkisi 0,03 qram narkotik vasitə - “metadon” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar