SON XƏBƏRLƏR

İordaniya İrana bağlı natkotik qaçaqmalçılarını vurub

2024.01.05, 12:33
İordaniya İrana bağlı natkotik qaçaqmalçılarını vurub

Royterz xəbər agentliyinin yaydığı xəbərə istinadən, İordaniya hava həmləsi ilə İrana bağlı natkotik qaçaqmalçılarını vurub.

Gunaz.tv

Həmlə Suriyanın Əs-Süveyda Əyalətində yerləşən qaçaqmalçıların gizli daldalanma məkan və anbarlarına olunub. 

İrodaniya rəsmilərinin açıqlamalarına əsasən, Livanın Hizbullahı və Suriyanın cənubunda yerləşən İrana bağlı silahlılar ölkəyə silah və narkotik maddələrinin daşınmasında rolları var. 

BMT və Avropa İttifaqı rəsmilərinin bildirmələrinə görə Tehrana bağlı və Bəşar Əsəd hakimiyytətini müdafiə edən silahlı qruplar xərclərinin bir qismini qaçaqmalçılıq yolu ilə təmin edirlər. 

Həmçinin qeyd olunub ki, Suriya milyardlarla dollar dəyərində narkotik maddələrin, xüsusilə də psixatrop "keptaqon"un ticarət qütbünə çevrilib. 

Bu maddələr İrodanya yolu ilə sair ölkələrə çatdırılır. Qeyd edək ki, "keptaqon"  “cihad həbi” adı ilə də tanınır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar