SON XƏBƏRLƏR

“20 min azan deyən şagird hazırlamışıq”- Təhsil Nazirliyi

2024.01.08, 11:43
“20 min azan deyən şagird hazırlamışıq”- Təhsil Nazirliyi

İranın təhsil naziri ölkədə 20 min azan deyən şagirdin hazırlandığına toxunaraq onların namaz vaxtı canlı azan dediklərini bildirib. 

Gunaz.tv

Rza Murad Səhrayi həmçinin deyib: “Namaz qılmaq üçün 1 milyon 600 min kvadratmetr həcmində fərdi səccadə hazırlanıb. 

Həmçinin, məktəblər və təhsil mərkəzlərində 9 min məscidə oxşar məkanların salınması planı əsasında 7 min 280 namaz evi tikilməkdədir”. 

Nazir sözlərinin davamında qeyd edib: “Biz namaz öhdəliyinin rəvac verilməsində heç bir imkanı əsirgəməyəcəyik. Bu sahədə çeşidli planlarımız var”.

İranın dini hakimiyyəti üçün şəriət və məzhəbin ölüm-dirim məsələsi olduğuna görə bütün sahələrdə, o cümlədən təhsil alan şagirlərə dini fanatizm və inanclar müxtəlif planlarla aşılanır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar