SON XƏBƏRLƏR

Savalanda təbrizli dağçılar öldülər

2024.01.08, 12:12
Savalanda təbrizli dağçılar öldülər

Savalan dağında iki xanım alpinist həyatını itirib.

Gunaz.tv

Bu barədə Xiyav (Meşgin) şəhərinin fərmandarı Şəhram Məhəmmədi məlumat verib.

Onun sözlərinə görə, Savalan dağında itkin düşən 3 təbrizli dağçının ikisinin meyiti tapılıb, ağır vəziyyətdə olan üçüncü dağçı isə xilas edilib.

Şərqi Azərbaycan əyalətinin Alpinizm Federasiyasının başçısı Mirağa Seyyidi mediaya verdiyi açıqlamada həyatını itirən xanım alpinistlərin -30 dərəcə şaxtada soyuqdan donaraq öldüklərini bildirib.

Həyatını itirən alpinistlərin kimliyi barədə açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar