SON XƏBƏRLƏR

İran avtomobillərinin benzin sərfiyyatı çoxdur

2024.01.08, 12:42
İran avtomobillərinin benzin sərfiyyatı çoxdur

“Ölkənin istehsal etdiyi avtomobillər gündəlik 50 milyon litrdən artıq benzin xərc edir”- Neft Nazirliyi

Gunaz.tv

İranın Neft Nazirliyinə bağlı Neft Məhsullarının Emalı və Paylanılması Cəmiyyətinin icraçı direktoru ölkənin istehsalı olan avtomobillərin benzin sərfiyyatının dünya standartlarına uyğun olmadığını bildirib.

“Standart avtomobilllər istehsal etsəydik, gündəlik benzin sərfiyyatı 110 milyon litrdən 60 milyon litrə enərdi. Bununla da, gündəlik 50 milyon litr benzin ixrac edə bilərdik. 

Lakin İran avtomobillərinin yanacaq məsrfi dünya ilə müqayisədə yüksəkdir və beynəlxalq standartlara uyğun deyil”. Cəmiyyətin icraçı direktoru Cəlil Salari belə deyib. 

Bu sahədə mütəxəssilər də ölkədə istehsal olunan keyfiyyətsiz avtomobillərdə yanacağın böyük həcmdə hədər olunduğunu dəfələrlə tənqid ediblər. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar