SON XƏBƏRLƏR

Milli aktivistlərə qarşı maddi təzyiqlər və işdən qovulma halları artır

2024.01.08, 15:51
Milli aktivistlərə qarşı maddi təzyiqlər və işdən qovulma halları artır

Güney Azərbaycanın milli aktivistlərinin maddi problemlərinin artırılması məqsədi ilə onlara işdən qovulma kimi təzyiqlər olunur.

Gunaz.tv

İranda (Güney) Azərbaycanlı Siyasi Məhbuslarının Müdafiəsi Cəmiyyətinin (ADAP) məlumatına istinadən, Marağalı idmançı Mustafa (Duman) Quluzadənin təhlükəsizlik qrumlarının təzyiqi ilə işindən qovulacağı güman olunur. 

Bildirilib ki, sosial və ətraf mühit aktivisti Quluzadə 2023-cü ilin sentyabrında Urmu gölünün acınacaqlı vəziyyətinə ümumi diqqətin ayrılması vacibliyi barədə İnstaqram hesabında paylaşım edib. 

Bu səbəbdən təhlükəsizlik idarəsi onun gəlməsini tələb edərək istintaqa çəkilib. Sonralar Marağa rayonu müvafiq mahalı üzrə dairədə iş müqaviləsinin vaxtı uzadılmayıb. 

Səbəbini soruşduqda onun ətraf mühit və sosial fəaliyyətlərinin olduğu bildirilib. Nəticədə maaşının ötən ilin noyabr ayından dayandırlması ilə güzəranı çətinləşib. 

Quluzadə 2 azyaşlı uşaq sahibidir və  kirayə evdə yaşayır. 

Güneyli idmançı yarışlarda qazandığı medalalrı və ödüllərini vaxti ilə Gülüstan Əyalətində (keçmiş Türkmən Səhra) selbasma və Xoy rayonunda zəlzələdən xəsarət alanlara yardım üçün ayırıb.

Cəmiyyət həmçinin bildirib ki, bir neçə müddətdir azərbaycanlı aktivistlərə maliyyə təzyiqi xeyli artırılıb. 

Misal olaraq Ərdəbil sakini milli aktivist Tovhid Əmir Əmini də yanvarın 7-si İnstaqram hesabında ona problemlər yaradılmasını yazıb.

Belə ki, onun işdən qovulması məqsədi ilə şəhərin təhlükəsizlik idarəsi tərəfidən iş yeri müdiriyyətinə təzyiqlər olunduğunu bildirib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar