SON XƏBƏRLƏR

İran prezidenti Zənganda aksiya ilə qarşılandı

2024.01.09, 12:08
İran prezidenti Zənganda aksiya ilə qarşılandı

“Milli Mənzil Poroqramı” üzrə mənzillərin verilməsi yubadılan Zəngan şəhəri sakinləri Rəisinin səfəri zamanı onu aksiya ilə qarşılayıblar. 

Gunaz.tv

Aksiyaçılar tələblərinə dair əllərində etiraz banerləri saxlayaraq Rəisinin şəhərə daxil olacağı yolda toplaşıblar. 

Etirazçıların bildirdiklərinə görə,  dövlətin mənzil proqramına əsasən, onlara 2 il ərzində mənzil verilməli imiş. 

Lakin 2 ilədən çox bir müddət ötsə də, hələ mənzillər təhvil verilməyib. Üstəgəl, mənzillər üçün götürdükləri kredit faiz miqdarı da artırılıb.

Banerlərdə Rəisiyə xitabən bu fikirlər əks olunub: “Sonuncu mənzil sahibi olmaq ümidimizi boşa çıxarmayın” , “17000 mənzil ərizəçisinin harayına yetişin!” və "Biz cəmiyyətin zəngin ailələri deyilik!"

Həmçinin Rəisi iqtidarının “ucuz mənzillər veriləcəyi” vədlərinin boş olduğuna da toxunulub: “Bizə ucuz ev söz verdiniz, bütün əlimizdə olan məbləğlər gedib, lakin hələ də mənzillər verilməyib”.

Aksiyaçılar Rəisidən xalqı başa düşməsini xahiş edərək yüksək faizlər səbəbindən artıq Milli Mənzil Proqramı fonduna köçürməyə pullarnın qalmadğını qeyd ediblər. 

Etirazçılar həmçinin “mənzil üçün götürdükləri kreditlərin faizinin 18-dən 4-ə enməsinə göstəriş verilməsini” də tələb ediblər.

Onlarla eyni zamanda sair tələbləri olanlar da aksiyaya qoşulublar. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar