SON XƏBƏRLƏR

"İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq"

2024.01.09, 13:54
"İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq"

"Biz iki ölkə arasında bu gün imzalanmış Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu qeyd etmək istəyirik. Bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir".

Gunaz.tv

Bunu yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı bildirib.

“Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik.

İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi inkişaf və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq.

Qeyd etdiyiniz kimi, münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik” – o qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar