SON XƏBƏRLƏR

Güneyli müəllimin işləməsinə qadağa qoyuldu

2024.01.09, 15:45
Güneyli müəllimin işləməsinə qadağa qoyuldu

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan müəllim və Müəllimlər Birliyinin İdarə Heyətinin fəal üzvü Əli Hacının 6 ay müddətinə müəllimlik fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Buna səbəb Əli Hacının sosial mediada narazı müəllimlər, tələbələr və şagirdlərə qarşı hakimiyyətin təzyiqlərini pisləyən paylaşımı olub.

Əli Hacı bir neçə gün əvvəl "Bütün İran xalqını həbs edib" məzmunlu paylaşım edərək hökumətin repressiyalarına etirazını bildirmişdi.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar